“Atəşgah” Sığorta Şirkəti “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikası Qanunu çərçivəsində icbari avtomobil sığortası üzrə növbəti ödəniş həyata keçirib.
Gün.Az-ın şirkətə istinadən verdiyi xəbərə görə, məbləği 2900 AZN təşkil edən sığorta ödənişi yanvarın 26-da Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Nissan Sunny” markalı avtomobilin sahibinə təqdim edilib.
2012-ci ilin əvvəlindən “Atəşgah” SŞ-nin avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə həyata keçirdiyi sığorta ödənişlərinin məbləği təqribən 10 min AZN təşkil edib.
Qeyd edək ki, 16 dekabr 2011-ci il tarixində “Atəşgah” SŞ İcbari sığorta bürosunun informasiya sistemi vasitəsilə onlayn rejimində avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib.
“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. AZN artıqdır. “Atəşgah” SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
Ölkəyə “VAZ” markalı bir sıra avtomobillərin gətirilməsi qadağan edildikdən sonra, bu avtomobillərdən olan “VAZ-2107”lər bir müddətdən sonra bahalaşa bilər. Ətraflı »»
Cari ilin aprel ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 123043 icbari sığorta müqaviləsi bağlanıb. Ətraflı »»
Rusiya istehsalı olan “VAZ-2107” markalı avtomobillərin idxalının qadağan olunması Azərbaycanın ümumi idxal bazarına təsiri ilə bağlı hesablama aparılmayıb. Ətraflı »»
“DəmirBank” plastik kart sahibləri “Morris Garages” avtomobil mərkəzindən “Kart sahiblərinə endirimlər” proqramı çərçivəsində endirimlər əldə ediblər. Ətraflı »»
Kəmərlərin sürücülər tərəfindən ciddi qəbul olunaraq istifadəsi ilə qısa müddətə və az miqdarda maliyyə hesabına yol qəzalarında həyatını itirən insanların sayının azalmasına nail olunacaq. Ətraflı »»
2012-ci ilin birinci rübündə Azərbaycanda maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 38,4 milyon manat olub. Ətraflı »»