23 Aprel 2014 | 11:39
Hava Bakı:
24 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Pediatr: “Qızdırmalı uşağı bərk-bərk bükmək olmaz” – cavablar

Gün.Az səhiyyə sahəsində maarifləndirici rubrika olan “Onlayn məsləhətxana”da “Uşaqlarda hərarətin yaranması zamanı ilk yardım” haqqında materialı yayımladıqdan sonra oxucular tərəfindən göndərilən suallar mütəxəssis tərəfindən cavablandırıldı.

Qeyd edək ki, sualları “Mərkəzi Klinika”nın pediatrı Zabitə Abbasova cavablandırdı.

Gülnarə Zeynalova – Uşaqda hərarət olan zaman onun ayaqlarını suya qoymaq olarmı?

Hərarətli uşağın ancaq ayaqlarının suya qoyulmasının faydası yoxdur və bu məsləhət deyil. Yaxşı olar ki, uşağın bütün bədəni nəm pambıq ilə silinsin. Pambıq nə çox soyuq, nə də çox isti olmalıdır. Bu pambıqla əsas qoltuq altı və boyun nahiyəsində olan büküşlərə isə nəm əski qoyulmalıdır.

Qurban Teymurov – Mən indiki dövrdə dərmanlara etibar etmirəm. Mənə deyə bilərsinizmi ki, qızdırma olan zaman hansı təbii otlardan istifadə etmək olar?

Müasir təbabətdə qızdırmanı salmağın iki yolu var: bədəni nəm əski ilə silmək və qızdırma salan dərmanlardan istifadə etmək.

Otlar isə köməkçi rolunu oynamalıdırlar. Onların miqdarı çox dəqiq ölçülməlidir. Çünki otlarla terapiya dərmanlarla terapiya kimi çox ciddi bir şeydir. Onun istifadəsi pərakəndə şəkildə olmamalıdır. Hər halda otlardan köməkçi vasitə kimi istifadə etmək olar.

Əkbər Məmmədov – Deyirlər ki, qızdırma (hərarət) olan zaman zoğal mürəbbəsi yemək xeyirlidir. Sizcə bu doğrudurmu?

Zoğal mürəbbəsi və digər giləmeyvələrdən olan mürəbbələr də qızdırmanın salınmasında köməkçi rol oynayırlar. Düzdür zoğal mürəbbəsinin xeyri var, amma yalnız bundan istifadə etmək faydalı olmaya da bilər. Yaxşı olar ki, dərmanlardan da istifadə edilsin.

Minarə Əliyeva – Uşağın boğazında çöp qalanda bu qızdırmaya səbəb ola bilərmi? Əgər səbəb olursa bu nə ilə əlaqədardır?

Yad cismin bədənə düşməsi nəticəsində həmin yad cisim ətrafında iltihab yaranır. İltihabın yaranması isə bədəndə hərarətin qalxmasına səbəb ola bilər.

Şəbnəm Umudova – Deyirlər ki, 3 yaşınadək uşaqlarda qızdırma 39 dərəcəyədək qalxırsa, bu, əslində yaxşıdır. Bədən viruslardan təmizlənir. Bu doğrudur, yoxsa hərarəti süni yollarla o dəqiqə aşağı salmaq lazımdır?

Nəinki 3 yaşlı uşaqda, ümumiyyətlə insanda hərarət qalxırsa bu o deməkdir ki, onun bədəni hansısa virusa müqavimət göstərir.

Yaxşı olar ki, uşaqlarda 38,5 dərəcədən yuxarı hərarət olan zaman ona müdaxilə edin. Əks halda heç nə etməyin, çünki bədən özü müqavimət aparacaq.

Emin Hacıyev – Hərarəti aşağı salmaq üçün hansı dərmanlar və üsullar məsləhətdir?

Nurafen, Panadol, Parasitamol qızdırmanı salmaq üçün xeyirlidir. Ümumiyyətlə Parasitamol tərkibli dərmanları uşaqlara vermək olar.

Nəzakət Əzizova – 1 yaşına qədər uşaqlarda hərarət olan zaman onu bərk-bərk bükmək olarmı?

Nəinki 1 yaşına qədər uşaqları, ümumiyyətlə qızdırmalı insanı bərk-bərk bükmək olmaz. Bu onda hərarətin daha da artmasına səbəb ola bilər.

Fərid Ədalət
Gün.Az

Share Share Share Share Share

Baxışların sayı: 7264

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər