20 Avqust 2014 | 09:49
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Milli Menyu – Boranı qutabı - Foto

Gün.Az Milli Menyu rubrikasında boranı qutabını təqdim edir.

Lazımi ərzaq:

Boranı – 0.5 kq,

nar - 1 ədəd

şəkər tozu - 1 xörək qaşığı,

un - 0,5 kq,

yumurta -1 ədəd,

günəbaxan yağı - 50 qr,

su - 100 qr,

kərə yağı - 100 qr.

Hazırlanma qaydası:

Boranını qabığından soyub, doğrayırıq. Onu ət maşınından keçiririk. Üstünə 1 xörək qaşığı şəkər tozu əlavə edirik.

Xəmiri hazırkamaq üçün un, yumurta, suyu qarışdırırıq, duz əlavə edirik, və yağı, hazır xəmirden kündələr açırıq.

Hər kündənin içinə tam yarısı qədər çəkilmiş boranını düzürük və nar səpirik.

Qutabın ağzını örtüb tavaya qoya bilərik. Tavada üstünə kərə yağı sürtürük. Hər iki tərəfi qızarandan sonra qutab hazır olur.

Çəkilişə şərait yaratdıqlarına görə, “Sumakh” restoranının (012 480 21 12) rəhbərliyinə minnətdarlıq bildiririk.   

Model - Leyla Məmmədova
Foto – Tofiq Babayev

Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər