Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

Cəbhə bölgəsində olan “Avey” Tarix-Mədəniyyət Qoruğu tədqiq olunacaq

Şrift ölçüsü Plus Minus - Mədəniyyət

Qazax rayonunda yerləşən Ermənistanla həmsərhəd, təqribən 4 min hektarlıq ərazisi olan Tarix-Mədəniyyət Qoruğunun tədqiqinə yaz aylarında başlanacaq.

Bu barədə məlumatı Gün.Az-a “Avey” Tarix-Mədəniyyət Qoruğunun direktoru Sədaqət Əliyeva verib.
 
O bildirib ki, yaxın zamanlarda qoruğa ekskursiyalar, eləcə də müxtəlif turlar təşkil olunacaq.
 
“Qoruğun tədqiqi ilə bağlı AMEA-nın müvafiq şöbələri ilə razılıq əldə olunub. Ən yaxın zamanlarda bu məqsədlə maliyyə vəsaitinin ayrılaraq, tədqiqat işlərinə başlanacağını gözləyirik. Qoruq Azərbaycanın ən qədim tarixi-memarlıq nümunələrindən sayılır və “Damcılı”, Yuxarı Əskipara və Göyəzən olmaqla 3 filialı mövcuddur”.
 
 S.Əliyevanın sözlərinə görə, qoruq ərazisində Daşsalahlı Mağaralar Kompleksi dünyada ən qədim insan yaşayış məskəni sayılan “Azıx mağarası”ndan sonra ikinici belə məkandır. Burada həmçinin dəniz səviyyəsindən 800 metrdən artıq yüksəklikdə yerləşən “Alban ay məbədi”, “Damcılı bulaq” mövcuddur. Həmçinin “Koroğlu” qalaları ilə əhatələnmiş “Göyəzəndağ” massivi də əsl təbiət hadisələri sırasına daxildir.
 
Qoruğun 2 min 500 hektardan artıq hissəsi (Yuxarı Əskipra kəndi ərazisi) hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Sözügedən tarixi memarlıq ərazisi 1988-ci ildən rəsmi olaraq qoruq statusu daşıyır.
 
V.Məmməd
Gün.Az

URL: http://www.gun.az/culture/30384

Baxışların sayı: 272

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər