Gün.Az


“Moody`s” və “Fitch” SOCAR-ın istiqrazlarına reytinq veriblər

Yanvarın 27-də “Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin avroistiqrazlarının qarşıdakı debüt buraxılışına ilkin (P) Ba1 reytinqi verib.

Gün.Az Moody's-in rəsmi saytına istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “Sabit”dir.

Bundan başqa, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də SOCAR-ın planlaşdırılan istiqrazlarının buraxılışına xarici valyutada gözlənilən prioritet, təmin edilməmiş “BBB-(exp)” reytinqi verib.

Bu şirkətin emirentinin defoltunun uzunmüddətli reytinqinə (“BBB-“/proqnoz “Sabit”) uyğundur.

Gün.Az