Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

“Atəşgah” ilin əvvəlindən icbari avtomobil sığortası üzrə 10 min manat ödəniş edib

Şrift ölçüsü Plus Minus - Maliyyə

“Atəşgah” Sığorta Şirkəti “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikası Qanunu çərçivəsində icbari avtomobil sığortası üzrə növbəti ödəniş həyata keçirib.

Gün.Az-ın şirkətə istinadən verdiyi xəbərə görə, məbləği 2900 AZN təşkil edən sığorta ödənişi yanvarın 26-da Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Nissan Sunny” markalı avtomobilin sahibinə təqdim edilib.

2012-ci ilin əvvəlindən “Atəşgah” SŞ-nin avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə həyata keçirdiyi sığorta ödənişlərinin məbləği təqribən 10 min AZN təşkil edib.

Qeyd edək ki, 16 dekabr 2011-ci il tarixində “Atəşgah” SŞ İcbari sığorta bürosunun informasiya sistemi vasitəsilə onlayn rejimində avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib.

“Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ “Atəşgah” Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, “Atəşgah” Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il  ərzində qrupun sığorta haqları 28 mln. AZN, ödənişləri isə 6,4 mln. AZN artıqdır. “Atəşgah” SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Nərmin Rəhimova
Gün.Az

URL: http://www.gun.az/finance/30362

Baxışların sayı: 406

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər