Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

“Ailə TV” kabel televiziyası ödəniş kartı tətbiq etməyə başlayıb

Şrift ölçüsü Plus Minus - Texnologiya

“Ailə TV” xidmət haqlarının ödənilməsini rahatlaşdırmaq məqsədi ilə “ödəmə kartları” tətbiq etməyə başlayıb.

Gün.Az şirkətə istinadən xəbər verir ki, kartlar artıq satışa çıxarılıb.

Ödəmə kartları vasitəsi ilə həm analoq, həm də rəqəmsal yayım üçün ödənişlər həyata keçirmək mümkündür. Ödəmə kartlarının qiymətləri “Ailə TV”-nin təklif etdiyi televiziya yayımı paketlərinin qiymətinə uyğundur.

Kartların qiyməti 9 manatdan başlayır, 11, 12, 13, 14 və 17 manata qədər dəyişir. Əgər abonent “Sport” paketini və ya digər paketi aktivləşdirmək istəyirsə, buna müvafiq olaraq ödəmə kartı ala bilər. Ödəmə kartının seriya nömrələri bazaya qeyd olunduqdan sonra, abonent idman telekanallarına baxa bilər.

Məlumata görə, abonent “Ailə TV” xidmətinin aktivləşməsi üçün Nizami, Nərimanov, Xətai və Suraxanı rayonlarının ərazisindəki mağazalardan ödəmə kartı ala bilər. Ödəmə kartını əldə etdikdən sonra, günün 24 saatı ərzində “Ailə TV”-nin müştəri xidmətlərinə zəng edərək kartın seriya nömrəsini və boyanın altındakı kodu söyləyə və xidməti aktivləşdirə bilər.

Müştəri xidmətlərinin operatoru kartın kodunu bazaya daxil etdikdən sonra bir sutka ərzində xidmət aktivləşəcək. Ödəmə kartlarından həm analoq, həm də rəqəmsal yayımının abunəçiləri istifadə edə bilərlər.

Ülkər Nəbiyeva
Gün.Az

URL: http://www.gun.az/hitech/30377

Baxışların sayı: 292

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər