Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

Vladimir Yevseyev: “Azərbaycan İran məsələsində Rusiyanın mövqeyini dəstəkləməlidir”

Şrift ölçüsü Plus Minus - Müsahibə
Vladimir Yevseyev
Vladimir Yevseyev

Gün.Az-ın Rusiya İctimai-siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevlə müsahibəsi:

- İranın hal-hazırda nüvə silahı hazırlamaq üçün texniki imkanları mövcuddurmu?

- İranın əlində olan partlayıcı maddə zənginləşdirildiyi təqdirdə iki və ya üç nüvə döyüş yükünün hazırlanması üçün kifayət edir. Başqa sözlə desək, cəmi iki nüvə döyüş yükünün hazırlanmasına kifayət edən partlayıcı materiala malik olan ölkə bu addımı atmaz.

Belə ki, təkcə nüvə sınaqlarının keçirilməsi üçün iki döyüş yükü tələb olunur. Ən azı beş nüvə yükünün hazırlanması üçün kifayət edən material əldə edilməyincə, dünyada heç bir ölkə nüvə silahının hazırlanmasına başlamaz.

Bundan əlavə, nüvə silahı üçün həm də daşıyıcılar, daha doğrusu raket olmalıdır. Hal-hazırda isə İranın belə daşıyıcıları yoxdur. İranda indi maye yanacaqlı birpilləli “Şahab-3” raketləri mövcuddur ki, onlar da Şimali Koreyanın “Nadon” raketlərinin analoqlarıdır. Bu raketlərin uçuş məsafəsi 2 min kilometrdən artıq deyil. Bu raketlər hərəkət edən daşıyıcıların üzərindədir, onlar üçün də şaxtaların inşası tələb olunmur. Sözügedən raketlər İsfahan şəhərinin yaxınlığında yerləşir.

Bununla yanaşı, onlar olduqca zəifdirlər. Nəzərə almaq lazımdır ki, nüvə yükü raketə yükləndiyi zaman çəkidə ağırlaşma yarandığından, raketin uçuş məsafəsi azalır. Buna görə də, “Şahab-3” raketinin İsrail ərazisinə çatmaq üçün uçuş məsafəsi kifayət etmir. Bundan əlavə, maye yanacaqlı “Şahab-3” raketlərinin yanacağını hər dəfə boşaltmaq lazım gəlir.

Başqa sözlə desək, belə raketlər yanacaqla doldurulduqdan sonra, yanacaq təyinatı üzrə istifadə edilməzsə, mütləq geri boşaldılmalıdır. “Şahab-3” isə uçuşa başlamazdan əvvəl ona yanacaq doldurulduğu zaman asanlıqla hava zərbələrinin hədəfinə çevrilə bilir.

Lakin İran bu vəziyyətdən çıxış yolu tapmaq istəyir, ona görə də “Selcil” sərt yanacaqlı raketini işləyib hazırlamaqla məşğuldur. Bununla belə, bu raketlərin uçuş məsafəsi çəki 1 tondursa 2,3 min km, 500 kq-dırsa 3 min km-dir. Məhz bu cür bu raketlər İsrail ərazisinə gedib çata bilər.

Beləliklə, İranın indi nə nüvə silahını, nə də onun daşıyıcılarını hazırlamaq üçün kifayət qədər materialı yoxdur. Daha doğrusu, İrana müharibəyə başlamaq sərf etmir.

- ABŞ və İsrailin Tehranın həyata keçirdiyi nüvə proqramını həyata keçirməsinin qarşısını almaq məqsədilə Iran ərazisini bombalaması ehtimalı nə qədər həqiqətəuyğundur?            

- Amerikalıların İrana dağıdıcı zərbə endirmək üçün kifayət qədər gücü-qüvvəsi mövcuddur. Lakin bu zərbənin fəsadlarının nədən ibarət olacağını indidən demək mümkün deyil. Bununla yanaşı hesab edirəm ki, Qərb koalisiyasının və İranın arasında müharibə tezliklə başlamayacaq.

Həm də hesab edirəm ki, ABŞ və İsrail İranla müharibə etmək istəmirlər. Lakin bununla yanaşı, İsrail məhz ABŞ-ın İranla müharibə etməsini istəyir, ABŞ isə əksinə, İsrailin İranla məsələni həll etməsini arzu edir. Belə bir vəziyyət müəyyən mənada İrana manevr etmək üçün fürsət yaradır.

Bölgədə yaranan vəziyyət elədir ki, ABŞ üçün İrana zərbə endirmək baxımından iki əsas qıcıqlandırıcı səbəb mövcuddur.

Birinci səbəb İranın Hörmüz boğazını bağlaması, ikincisi isə nüvə sınaqlarına hazırlaşmasıdır. Yeri gəlmişkən, sonuncu səbəb İsrail üçün kifayət qədər böhranlıdır. Buna görə də, İran nüvə silahı hazırlasa, eyni zamanda da nüvə yükünü istehsal etsə, zərbənin endirilməsi ehtimalının iki dəfə artacağı reallaşır.  

Hörmüz boğazına gəldikdə isə, güman edirəm ki, İran ciddi bir səbəb olmadan onu bağlamaz. İran yalnız əraziləri bombalandığı zaman boğazı minalayaraq bağlaya bilər. Lakin, hazırda İran tərəfindən Hörmüz boğazını bağlama mümkünlüyünə dair səsləndirilən təhdidlər İran rəhbərliyinin stilinə xas olan bir şeydir. Lakin İranın tutduğu mövqe düzgün deyil.

Tərəflərin istəyi olmadan müharibənin başlaması da istisnadır. Belə ki, İranın çoxlu sürətli raketli katerləri, ABŞ-ın boğazdakı beşinci donanmasının gəmilərinə yaxınlaşa və bunula da hərbi əməliyyatların başlamasına təşəbbüs göstərə biləcək kiçik sualtı katerləri var. Başqa sözlə desək, bu tipli insidentlər ölkələrin istəyindən asılı olmayaraq genişmiqyaslı münaqişə ilə nəticələnə bilər.

- İlk olaraq İsrailin İrana zərbə endirəcəyi ehtimalı nə dərəcədə böyükdür?

- Əgər İsrail İrana zərbə endirərsə, bunun üçün sərəncamında olan bütün vasitələrdən istifadə edəcək. Zərbə aviasiya vasitəsilə endiriləcək. Aviasiyanın İrana çatması üçün isə, İsrailə hava yancaqdolduranları lazım olacaq.

Bundan əlavə, İsrail maksimal dərəcədə İran sahillərinə yaxınlaşacaq qanadlı raketlərə malik sualtı gəmilərdən zərbə endirəcək. Və nəhayət, İsrail diversiya bölmələrini hərəkətə gətirəcək. Düşünürəm ki, İranın “Fardo” obyektindəki nüvə obyektlərinin məhvi məhz diaersiya bölmələri tərəfindən həyata keçiriləcək.

- İran ilə Qərb ölkələri arasında müharibə başlayarsa Azərbaycanın hansı mövqeyi tutması məqsədə uyğun olardı?

- Azərbaycan, birmənalı olaraq nə Qərb koalisiyasının İrana qarşı ittifaqına, nə də İranla ittifaqa daxil olmamalıdır. Düşünürəm ki, Azərbaycan üçün Rusiyanın tutduğu mövqeyi dəstəkləmək sərfəli olacaq.

Başqa sözlə desək, Azərbaycan müharibə baş verəcəyi təqdirdə Rusiyaya istiqamət almalıdır. Rusiyaya gəldikdə isə, İranla müharibə olacağı təqdirdə, Tehrana heç bir köməklik göstərməyəcək. Lakin Rusiya diplomatik səviyyədə müharibəni dayandırmağa çalışacaq. Azərbaycan üçün də öz növbəsində məhz bu mövqeyi tutmaq münasib olacaq.

İranda müharibə baş verəcəyi təqdirdə yaranacaq qaçqın probleminə gəldikdə isə, Azərbaycan bu işdə səylərini Rusiya ilə birləşdirməlidir. Çünki, sözügedən kütlə Azərıbaycan üçün həddindən artıq çox olacaq.

- Azərbaycan xüsusi xidmət orqanlarının bu yaxınlarda verdiyi məlumata görə, İranın Azərbaycan ərazisində terror aktları törətmək planları nə ilə əlaqədar idi?

- İranın xüsusi xidmət orqanları arasında olan ziddiyyət prezident Mahmud Əhmədinejad ilə ali dini lider Əli Xamneyi arasında qarşılıqlı münasibətlərə təsir edir. Bu ziddiyyət, öz növbəsində bütünlüklə İranın Azərbaycanla münasibətlərində öz əksini tapır. Lakin, Bakı ilə Tehran arasında yaranan vəziyyət çox da ağır deyil, onları normallaşdırmaq lazımdır.

Bundan əlavə, İran ərazisində azərbaycanlıların yaşadığını nəzərə alaraq Azərbaycan ərazisində terror aktlarının törədilməsi Tehranın öz milli maraqlarına da ziddir.

Azərbaycana gəldikdə isə, Bakı İran ətrafında baş verən hadisələrdə son dərəcə ehtiyatlı olmalıdır. Rəsmi Bakının İran tərəfinin səsləndirdiyi ittihamlarla bağlı verdiyi bəyanatları hazırki vəziyyətdə yetərli hesab etmək olar. Düşünürəm ki, Bakının cavabı İranda eşidildi. Hazırki vəziyyətdə çox səs-küy salmaq lazım deyil və Azərbaycan-İran münasibətlərində yaranan vəziyyət normallaşacaq.

N.H.
Gün.Az

URL: http://www.gun.az/interview/30376

Baxışların sayı: 291

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər