Müxbirin Peşə Məcəlləsi
Hər gün bir çox qəribə hadisələrin, müxtəlif təbiət möcüzələrinin, maraqlı əhvalatların şahidi olursunuz. Hər gün bu hadisələrin yanından səssizcə ötüb keçirsiniz. Ya da baş verənləri yaxınlarınıza yaxud dostlarınıza göstərmək üçün onları çəkir, ya da kameranızın yaddaşına köçürürsünüz.
Hesab edirik ki, lentə aldığınız bu hadisələri hamı görməlidir. Elə isə “Sən də müxbirsən!” layihəsinin mehriban heyətinə qoşulmağın vaxtıdır!
“Sən də müxbirsən!” layihəsinin iştirakçısı kimdir?
» Yaşı 14-dən yuxarı olan hər kəs bu layihədə iştirak edə bilər.
» Müxbir yalnız özünün hazırladığı materialları göndərmək hüququna malikdir. O başqa müəlliflərin materiallarını özününküləşdirə bilməz.
» Müxbir hadisə haqqında dəqiq məlumat vermir, yalan demir və həqiqət əvəzinə öz təxəyyülünün məhsulu olan məlumatı çatdırmaqla məşğul olmur.
» Müxbir yoxlanılmamış söz-söhbətləri dəqiq məlumat adı ilə yaymır. O, ancaq faktlara etibar edir.
» Müxbir nə hazırladığı materiallarda, nə də məlumatla bağlı verdiyi şərhlərdə senzuradan kənar leksikadan istifadə etməməlidir.
» Müxbir azərbaycan dilini mükəmməl bilməlidir.
» Müxbir hansısa siyasi qüvvənin yaxud partiyanın maraqlarını təmsil etməməli, onun materiallarında siyasi təbliğata yol verilməməlidir.
» Müxbirin yolladığı materiallar qanuna zidd olmamalı, üçüncü şəxslərin hüquqlarını pozmamalı, dini, irqi və millətlərarası ədavətə zəmin yaratmamalı və Konstitusiyaya zidd olmamalıdır.
» Layihə iştirakçılarının materialları reklam xarakteri daşımamalıdır.
» Əgər müxbir saytda yerləşdirilən materialların yuxarıda sadalanan qaydalara uyğun olmadığını hesab edirsə, news@gun.az ünvanına müraciət edə bilər.