Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ regional Dövlət Yanğın Nəzarət İdarəsi Bərdənin Ticarət Mərkəzində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi barədə maarifləndirici tədbir keçirib.
Gün.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, mağaza sahibləriylə elektrik avadanlıqlarından düzgün istifadə edilməsi və yanğınsöndürmə balonlarından istifadə qaydaları haqqında söhbət aparılıb.
Sahibkarların nəzərinə çatdırılıb ki, ticarət mərkəzində iri su hovuzu tikilib və müxtəlif yerlərə 70 ədəd yanğınsöndürmə balonu qoyulub. Tədbir zamanı yanğınsöndürmə balonundan yanğın zamanı istifadə edilməsi praktiki olaraq nümayiş etdirilib.
Qeyd edək ki, bu cür tədbirlər digər rayonlarda da həyata keçiriləcək.
İstanbulda Aydın Universiteti, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB və Türk Ocaqları İstanbul şöbəsinin təşkilatçılığı ilə Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Ətraflı »»
İstanbulun Aydın Universitetində Türk Ocaqları İstanbul şöbəsi və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı ilə Laçının Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirilir. Ətraflı »»
Artıq bir çox böyük dövlətlər öz fikirlərini açıq bildiriblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün işğal olunmuş ərazilərimizi geri verməlidir. Ətraflı »»
Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda iştirak edən millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı bu ölkədəki səfirliyimizdə Azərbaycanın Litvadakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin də iştirakı ilə Litvada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə görüşüblər. Ətraflı »»
Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində “ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda keçirilmiş konfransda iştirak edib. Ətraflı »»
Laçın rayonunun ermənilər tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlı kitabın təqdimat mərasimi keçirilib. Ətraflı »»
Aşqabadda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) “Müsəlman dünyasında qaçqınlar” adlı nazirlər səviyyəsində keçirilmiş beynəlxalq konfransının yekununda “Aşqabad Bəyannaməsi” qəbul edilib. Ətraflı »»
Azərbaycanın Macarıstandakı səfirliyi Türk İş Adamları Dərnəyi ilə birgə paytaxt Budapeştdə “Şuşanın işğalından 20 il sonra: böyük itkilər və gələcəklə bağlı ümidlər” adlı anım mərasimi keçirib. Ətraflı »»
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərləri çərçivəsində mayın 13-də Azərbaycana gəliblər. Ətraflı »»
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa), həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik regiona səfərləri çərcivəsində bu gün Ermənistanın payataxtı İrəvanda bu ölkənin xarici işlər naziri Edvard Nalbaldyanla görüşüblər. Ətraflı »»
Rumıniyanın ingiliscə yayımlanan yeganə və nüfuzlu informasiya agentliyi olan “Nine o’clock” da Ermənistanın Azərbaycanın günahsız mülki əhalisinə qarşı törətdiyi 31 mart və Xocalı soyqırımı haqda məqalə dərc edib. Ətraflı »»
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərləri çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə planlaşdırılan səfərləri təxirə salınıb. Ətraflı »»
Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundovun ermənilərin geniş miqyaslı tarixi saxtakarlıqlarına həsr olunan “Saxtakarlıqları ifşa edənlər” kitabının rus dilində çıxan birinci cildinin təqdimatı keçirilib. Ətraflı »»
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfəri başlayır. Ətraflı »»
Macarıstanın “Nepsava” qəzetində Erməni silahlı qüvvələri tərəfindən Şuşanın işğalının 20 illiyi münasibəti ilə “Qarabağ münaqişəsinin öləziyən alovları” adlı məqalə dərc edilib. Ətraflı »»
Gün.Az-ın Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ üzrə ekspedisiya rəhbəri, professor Hidayət Cəfərovla müsahibəsi: Ətraflı »»
Rusiyanın yeni prezidenti Vladimir Putinin “Xarici siyasət kursunun reallaşdırılması üçün görüləcək tədbirlər haqqında” imzaladığı fərmanda Dağlıq Qarabağ münaqişəsi ayrıca bənddə əks olunub. Ətraflı »»
Artıq 20 ildir ki, doğma Şuşamızı itirmişik. 20 ildir ki, Azərbaycanın bu qızıl incisi erməni işğalçıları və təcavüzkarlarının çirkli əllərindədir. Ətraflı »»