Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

Ağdaşda yeni su və kanalizasiya xətləri çəkiləcək

Şrift ölçüsü Plus Minus - Mərkəzi Aran

Ağdaş şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədilə 134 km uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək və 7600 abunəçi su sayğacı ilə təmin ediləcək.

Bundan başqa 121 km uzunluğunda çirkab su şəbəkəsi çəkilərək 5250 ünvanda birləşdirmə aparılacaq.

Bu barədə Ağdaş rayon icra hakimiyyətindən Gün.Az-ın Aran bürosuna məlumat verilib.

Belə ki, Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən layihə Ağdaş şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.

Layihəyə əsasən, Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Layihə çərçivəsində tutumu 2000 kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutulur.
    
Peyman Sadıqov

Gün.Az   

URL: http://www.gun.az/merkezi-aran/29907

Baxışların sayı: 294

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər