Hacıqabulda könüllülər qan verib
Şrift ölçüsü
Hacıqabul rayonunda qanvermə aksiyası keçirilib.
Rayon İcra Hakimiyyətindən Gün.Az-ın Aran bürosuna verilən məlumata görə, aksiya Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Aksiyada 400 nəfərdən çox adam könüllü olaraq qan verib. Bundan başqa aksiyada idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Peyman Sadıqov
Gün.Az
URL: http://www.gun.az/mil-mugan/30121
Baxışların sayı: 245