Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

Naxçıvanda dövlət qulluğuna namizədlər test imtahanı verdilər

Şrift ölçüsü Plus Minus - Naxçıvan

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunan müsabiq

Gün.Az-ın Naxçıvan müxbirinin verdiyi məlumat görə, ilk test imtahanları komissiyanın test mərkəzində iki seansda olmaqla elektron formada keçirilib.

İmtahanda namizədlərə 40 qanunvericilik, 30 məntiqi təfəkkür, 15 kompyuter bilikləri, 15 ümumi dünyagörüşü və Azərbaycan haqqında biliklər olmaqla 100 sual təqdim edilib.

İmtahanlar üçün iki saat yarım vaxt ayrılıb. Gündə iki dəfə keçirilən test imtahanlarının birinci seansında 30 namizəddən 29-u iştirak edib.

Xatırladaq ki, Dövlət qulluğuna namizədlər üçün sənəd qəbulu bir ay müddətində, yanvar ayının 10-dan fevralın 10-dək davam edib, müsabiqəyə muxtar respublikada yerləşən dövlət orqanları üzrə 311 vakant yer təqdim olunub.

Test imtahanları və müsahibə mərhələlərindən ibarət olan müsabiqəyə 116-sı qadın, 379-u kişi olmaqla 495 nəfər sənəd təqdim edib. VI təsnifat vakant vəzifələri üzrə 49 nəfər,VII təsnifat vakant vəzifələr üzrə 336, IX təsnifata uyğun  vakant vəzifələr üzrə komissiyaya 111 namizəd tərəfindən sənəd təqdim olunub. İmtahanların nəticələri isə bir gün sonra namizədlərə açıqlanacaq.

Səbuhi Hüseynov
Gün.Az

URL: http://www.gun.az/nakhchivan/29891

Baxışların sayı: 423

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər

Culfada sığorta məsələləri müzakirə edilib

- Naxçıvan

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Culfa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa rayonunda rayon ictimaiyyətinin, o cümlədən torpaq mülkiyyətçilərinin iştirakı ilə “Sığorta pensiya sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Ətraflı »»