İslam dinində yerlibazlıq, tayfabazlıq və nəsil ayrı-seçkiliyi özünü və öz soyunu başqalarından üstün tutmaq kimi qəbul olunur və haram hesab edilir.
Bu barədə Gün.Az-a açıqlamasında teoloq Mirmehdi Seyid Hüseyni bildirib.
Onun sözlərinə görə, İslamın gəlişinin ilk vaxtlarında tayfabazlıq və qəbilələşmə halları geniş yayılmış, insanlar arasında ayrı-seçkiliyə səbəb olurdu.
“İslam dini və onun peyğəmbəri insanları cahiliyyətdən və digər mənfi hallardan uzaqlaşdırmaq məqsədi ilə göndərilib. Odur ki, dinimizin yerlibazlıq və qəbiləbazlıq kimi təkəbbür yaradan hallara qarşı çıxması şübhəyəgəlməzdir. Müqəddəs kitabda da bir neçə dəfə vurğulanmaqla, yerlibazlıq və tayfabazlıq məzəmmət olunur”.
O vurğulayıb ki, “Qurani-Kərim”də Allaha ən yaxın insanın yalnız təqvasına görə müəyyən edildiyi söylənilir.
“Birinin özünü digərindən üstün tutması Allah tərəfindən xoş qarşılanmır. Eləcə də kiminsə öz soyu ilə təkəbbürə dalması haramdır. Peyğəmbərimiz və imamlarımız da dəfələrlə öz ətraflarına tövsiyə ediblər ki, özlərini, yetişdikləri məkanı və gəldiyi soyları başqalarından üstün tutmayaraq təkəbbürdən uzaq olmağa çalışsınlar”.
Səbail rayon İcra Hakimiyyətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər” mövzusunda növbəti seminar-treninq keçirilib. Ətraflı »»
Namaz qılmağa başlayan müsəlmanlar namazı düzgün qılmaq üçün dini kitablardan, namaz qılmağı bacaran müsəlman qardaşlarından məsləhət almalı, namaz qılmağın qaydalarını düzgün öyrənməlidir. Ətraflı »»
Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam Allahşükür Paşazadə Serbiyaya səfəri çərçivəsində bu ölkənin din və diaspor nazirinin birinci müavini Draqan Çuroviç və nazirliyin müşaviri professor Şiyakoviç ilə görüşüb. Ətraflı »»
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin Özbəkistanda səfəri başa çatıb. Ətraflı »»
Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşür. Ətraflı »»
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Türkiyə Diyanət Vəqfi Mütevelli (İdarə) Heyətinin ikinci başqanı Mazhar Bilgini qəbul edib. Ətraflı »»
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib. Ətraflı »»
Əgər bir insanın bədən üzvlərində heç bir problem yoxdursa və cəmiyyət onu normal qəbul edirsə bu halda plastik əməliyyat etdirmək İslamda bəyənilməyən əməl sayılır. Ətraflı »»