Hava

Partlycloudy30 ˚C

Clear30 ˚C

Clear28 ˚C

Chancerain27 ˚C

Clear30 ˚C

Clear27 ˚C

Chancerain22 ˚C

Clear30 ˚C

Qubalı gənclər dünya parlamentlərinə və beynəlxalq qurumlara etiraz bəyanatı göndərəcək

Şrift ölçüsü Plus Minus - Şimal Şərq

Qubada fəaliyyət göstərən “YURD” Gənclərin Vətənpərvərlik Klubu Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar olaraq layihə həyata keçirir.

Klubun mətbuat xidmətindən Gün.Az-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayon Gənclər və İdman İdarəsi ilə birgə keçirilən layihə çərçivəsində fevral ayının 22, 23, 24 və 25-də gün ərzində rayonun fəal gənclərinin, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin, məktəb şagirdlərinin iştirakı ilə dünya ölkələrinin parlamentlərinin, Fransa parlamentarilərinin və senatorlarının, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin, beynəlxalq təşkilatların elektron ünvanlarına Xocalı soyqırımının həqiqətlərinin çatdırılması ilə bağlı etiraz bəyanatı göndəriləcək.

Quba rayon Gənclər İdman İdarəsinin rəis müavini Mənsur Ağayev bildirib ki, kampaniya çərçivəsində təqribən 200-ə yaxın ünvana 1000 nəfərin elektron ünvanından etiraz bəyanatının göndərilməsi planlaşdırılır.

Klubun mətbuat xidmətinin rəhbəri Nuray Hacaloğlu bildirib ki, Xocalı soyqırımını ilə əlaqədar olaraq təşkil edilən kampaniya çərçivəsində gənclərin, tələbə və şagirdlərin fevralın 26-da Quba soyqırımı məzarlığına yürüşü təşkil ediləcək və həmçinin klub tərəfindən icra edilən “Xocalı bizim qan yaddaşımızdır” adlı məktəblilər arasında inşa yazı müsabiqəsinə yekun vurulacaq.

Ramin Mahmudov
Gün.Az

URL: http://www.gun.az/shimal-sherg/30183

Baxışların sayı: 398

Xəta barədə xəbər vermək

Printer
Digər Xəbərlər
X

Digər Xəbərlər