23 Iyul 2014 | 04:27
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Etibar Hüseynov Milli Məclisdə yenidən Bakının statusu ilə bağlı məsələni qaldırdı

Etibar Hüseynov
Etibar Hüseynov

Çox təəssüf ki, Azərbaycanda bu günədək Bakı şəhərinin statusu ilə bağlı hansısa bir hüquqi akt yoxdur.

Gün.Az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında çıxışı zamanı millət vəkili Etibar Hüseynov deyib.

O qeyd edib ki, bu il ölkə prezidenti tərəfindən “İdman ili” elan olunub.

“Bu, çox təqdirəlayiq haldır. Eyni zamanda Azərbaycanda bu il çox möhtəşəm bir tədbir – “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləcək.

Çox yaxşı olardı ki, bu əlamətdar hadisələrlə bağlı olaraq, Milli Məclis tərəfindən Bakı şəhərinin statusu haqqında qanun layihəsi müzakirəyə çıxarılsın və qəbul edilsin. Bunun ümumi işlərimizə və paytaxtımızın inkişafına çox böyük müsbət töhfəsi olar”.

Kamil Həmzəoğlu
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər