3 Sentyabr 2014 | 04:39
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Gəncədə “məzun günü” keçirildi

Gəncə Dövlət Universiteti məzunlarına əlvida dedi.

Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirə universitetin rəhbərliyi, həmçinin Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Haluk Ağca, konsulluğun təhsil işləri üzrə müşaviri Halit Koyuncuoğlu, Şimali Kipr Türk Cümhuriyyətinin “Doğu Akdeniz” Universitetinin bir qrup müəllimləri qatılıb.

Qeyd edək ki, bu il universiteti 1062 məzun bitirib. Onların 989 nəfəri bakalavr, 73 nəfəri isə magistr pilləsi üzrə təhsillərini başa vurublar. Bundan başqa, bu il universiteti bitirən məzunlar arasında 6 nəfər türkiyəli tələbə yer alıb.

Tədbir maraqlı viktorinalar, rəqslərlə davam edib. Həmçinin tanınmış estrada müğənniləri Sevda Kazımova, “Azəristar” müsabiqsinin iştirakçısı Günay İbrahimli şən mahnıları ilə tədbirə daha da rəng qatıblar.

Qeyd edək ki, tədbir Gəncə Şəhər Gənclər və İdman İdarəsi, eləcə də universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə reallaşıb.

V.Məmməd
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər