22 Avqust 2014 | 16:45
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Mikayıl Cabbarov: “Ötən il İçərişəhərdəki muzeyləri 187 229 nəfər ziyarət edib”

Mikayıl Cabbarov
Mikayıl Cabbarov

Bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat nümayəndələri üçün İçərişəhərdə yeniliklərlə və görülən işlərlə tanışlıq məqsədi ilə tur təşkil edib.

Tur zamanı media nümayəndələri 2012-ci ildə İçərişəhərdə görülən işlərlə tanış olublar.  

Gün.Az xəbər verir ki, daha sonra ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İclasda idarənin rəisi Mikayıl Cabbarov ötən illə bağlı hesabat təqdim edib.

O bildirib ki, ötən il ərzində İçərişəhərdəki muzeylərə 187 229 nəfər ziyarətçi gəlib.

Ümumi sayı 2861 nəfərə çatan 232 xarici rəsmi nümayəndə heyəti qəbul edilərək ərazidəki tarixi-memarlıq abidələri və digər maddi irsimizin nümunələri ilə tanış olublar.

İçərişəhərin Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə qorunma vəziyyətinin qiymətləndirilməsi məqsədilə Dünya İrs Mərkəzinin və İKOMOS-un birgə monitorinq missiyasının Bakıya səfəri təşkil edilib, Sankt-Peterburqda keçirilən Dünya İrs Komitəsinin sessiyasında İçərişəhər barəsində müsbət qərarın çıxarılmasına nail olunub.

Son 3 il ərzində İçərişəhər ərazisində təkcə qeyri-dövlət sektorunda 704 iş yeri açılıb, infrastruktur və kommunal təminat səviyyəsi xeyli yaxşılaşıb, yüksək həyat standartlarının tətbiqinə başlanılıb.

Kiçik Qala, 1-13 ünvanlarında yerləşən Qala divarının bir hissəsi həm İçərişəhər, həm İstiqlaliyyət küçəsi tərəfindən bərpa edilib və ətrafı abadlaşdırılıb, XX əsrin əvvəllərində uçurulmuş 15-ci bürc yeri dəqiq müəyyən edilərək rekonstruksiya edilib, Dördbucaqlı qalanın təmir-bərpasına başlanılıb.

İkimərtəbəli karvansarada 2011-ci ildən aparılan təmir-bərpa işləri yekunlaşıb, abidənin daxilində milli mətbəxi və musiqini tərənnüm edən turizm infrastrukturu obyektinin fəaliyyəti bərpa edilib. London, Əbu-Dabi, Moskva, Şanxay, Tokio kimi şəhərlərin maketlərini işləmiş və bu sahədə unikal texnologiyaya malik İngiltərənin “Sectorlight” şirkəti tərəfindən İçərişəhərin mövcud maketindəki elementlər yüksək detalizasiya səviyyəsinə çatdırılıb, küçələrin, ictimai yerlərin, hətta ağacların görüntüsü reallığa yaxın vəziyyətə gətirilib, binaların daxili işıqlandırılması təmin edilib.

Hazırda maket Şirvanşahlar Sarayının Taxt-tac zalında sərgilənir. Ötən dövrdə dövlətin balansına olan abidələrə dair 23 mühafizə müqaviləsi bağlanılıb, eyni zamanda sakinlərin xüsusi mülkiyyətində olan abidələrə dair 329 mühafizə müqaviləsi tərtib olunub. Dördbucaqlı qalanın ətrafında torpaq işləri zamanı 8 quyu aşkar olunub və tədqiq edilib, Çin məscidinin həyətində 1 su quyusu və Şirvanşahlar sarayına istiqamətlənən yeraltı yol aşkar edilib.

“Şirvanşahlar Sarayı Kompleksi” Qoruq-muzeyinin əməkdaşlarının iş şəraitini yaxşılaşdırmaq məqsədi ilə Kiçik Qala küçəsi, 44 ünvanında yerləşən inzibati binada əsaslı təmir işləri aparılaraq, işçilərin yerləşdirilməsi təmin edilib”.

Ötən il “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sərhədləri təsdiq edilib və ərazisinin 81,5 ha olduğu müəyyənləşib.

Arxeoloji tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə ərazinin arxeoloji xəritəsi tərtib olunub. Həmçinin gölün sahili boyu arxeoloji kəşfiyyat işləri aparılıb, ətrafdakı orta əsr yaşayış yeri qalıqlarından başqa heç bir arxeoloji abidə aşkar olunmayıb. Ərazinin 24 saatlıq mühafizəsini təmin edən mühafizə xidməti yaradılıb, mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə çadır və məlumat köşkləri alınıb və ərazidə quraşdırılıb.

Mirvari Kamilqızı
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər