23 Iyul 2014 | 06:30
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Nazim Süleymanov: “AZAL “Minsk”i keçə bilməsə, istefaya getməyə hazıram”

Nazim Süleymanov
Nazim Süleymanov

Bu gün AZAL-ın stadionunda komandanın baş məşqçisi Nazim Süleymanovun Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah Belarusun “Minsk” klubuna qarşı baş tutacaq oyun öncəsi mətbuat konfransı keçirilib.

“İyunun 8-30 tarixlərində üç mərhələyə ayrılmış təlim-məşq toplantısı keçirdik, - Gün.Az Süleymanovun sözlərindən sitat gətirir. – İlk toplantıda ümumi fiziki hazırlığa üstünlük verdik, ikincidə texnika və taktika, üçüncüdə isə taktika və psixoloji hazırlıqla məşğul olduq.

Komanda 75-80 faiz hazırdır. Hazırlıq üçün vaxt az olsa da, biz çalışdıq. İlk oyundan çox şey asılıdır. Öz oyunçularıma və sabah bizdə hər şeyin alınacağına inanıram. Evdə oynayırıq, hücum edəcəyik. Biz qol buraxmamalıyıq.

Tələbələrlə yoxlama oyunları keçirmişik. Ümumilikdə beş oyun oynanılıb. Əlbəttə, daha güclü rəqiblərlə oynamaq istərdik, amma belə alındı.

Biz bosniyalı müdafiəçi Branislav Arsenyeviçlə müqavilə bağlamışıq. O, Avropa Liqasına təqdim edilib. Bu futbolçu hər iki ayağı ilə oynayır. Uca boyludur, yaxşı ötürmə qabiliyyəti var. O komandaya fayda verə bilər. Əvvəl dörd müdafiəçimiz var idi, indi onların sayı beş olub. Arsenyev bizə lazımdır.

Mən Avropa kuboklarında oynayan zaman bütün tərəfdaşlardan yaxşı olmaq istəyirdim. İndi vəziyyət bir qədər başqadır. Mən bütün komandaya cavabdehəm.

Nə üçün Qvidas Yuşka ilə yollarımızı ayırdıq? Son oyunlarda Yuşka özünü qoruyur, tam gücü ilə oynamırdı. Futbolçu heyətdəki yerini özü göstərməlidir. Bizdə, hücumda layiqli oyun nümayiş etdirə biləcək hücumçular var.

“Minsk” haqqında zəruri informasiyanı toplamışıq. Dünən bu komandanın “Dinamo” (Minsk) ilə oyununun videoyazısına baxırdım. Həmin oyunda “Minsk” qalib gəlib. Onların çempionatının qızğın vaxtıdır. “Minsk”in güclü tərəfi əks-hücumlarda uğurlu oyundur. Onlarda mərkəzdə Kot d’İvuardan güclü oyunçu çıxış edir. Cinahlara ötürmələr edir. Onlar uzaq məsafədən fəal zərbələr endirirlər. Standart vəziyyətlərdən yaxşı istifadə edirlər. Ən başlıcası isə, bizim necə oynayacağımızdır. Öz futbolumuzu oynamalıyıq.

“Minsk” zəif komanda deyil, lakin bizim Premyer-liqada o, ilk altılığa düşməzdi. “Minsk”i keçə bilməsəm, istefaya getməyə hazıram. Mənim üçün Minskə məğlub olmaq faciəyə çevriləcək”.

Elmir Əliyev
Gün.Az

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər