Sumqayıtda Etilen Polietilen zavodunda yanğın olub.
Gün.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, dünən axşam saatlarında Sumqayıt şəhərində Etilen Polietilen zavodunda sexlərin birində sobanın ətrafına dağılmış benzin yanıb.
“Sexdəki texnoloji qurğular və qonşu sobalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. İlkin ehtimala görə, yanğına texnoloji prosesin pozulması səbəb olub” – deyə, nazirlikdən bildirilib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı və “Vətəndaş Cəmiyyətində Debat ” İctimai Birliyinin təşkil etdiyi “Abşeron Gənclər Debat Forumu – Yaz 2012” layihəsi çərçivəsində universitetlərarası debat forumunun final mərhələsi keçirilib. Ətraflı »»
Azərbaycan Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib. Ətraflı »»
Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) təşəbbüsü ilə Sumqayıt stansiyası yaşayış massivinin sakinləri üçün nəzərdə tutulan pulsuz səyyar tibbi müayinədə, 40-a yaxın həkim iştirak edib. Ətraflı »»
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb. Ətraflı »»
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər planına uyğun olaraq Sumqayıt şəhərinin böyuk bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlayıb. Ətraflı »»
Səhiyyə Nazirliyi “Səyyar poliklinika” layihəsi çərçivəsində Sumqayıt şəhərindəki ucqar yaşayış massivlərində yaşayan sakinlərə tibbi yardım göstərib. Ətraflı »»
Sumqayıtın təhsil müəssisələri və Bakı ətrafındakı məktəblər “Kasperski laboratoriyası”nın antivirus həllərinin lisenziya antiviruslarından istifadəyə keçir. Ətraflı »»
Sumqayıt şəhərində ictimai sahədə fəaliyyət göstərən və ya arzusunda olan gənclər üçün QHT yaratmaq, mövcud QHT qanunvericiliyinin tələbləri ilə tanış etmək və yüksək cərimələrdən qorumaq üçün təlim keçirilir. Ətraflı »»
2 fevral - Gənclər günü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2011-ci ilin yekunlarına dair tədbir keçirilib. Ətraflı »»
“Azərikimya” İstehsalat Birliyi Sumqayıt Kimya Sənaye Parkında müxtəlif müəssisələrin yaradılmasında Yaponiya şirkətlərinin iştirakında maraqlıdır. Ətraflı »»
Sumqayıt şəhəri İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində orta məktəb şagirdləri üçün “İnsan Hüquqlarını məhdudlaşdıra biləcək amillər” adlı təlim keçirilib. Ətraflı »»
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olublar. Ətraflı »»
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi insan hüquqları üzrə gələcəkdə təlimçi olacaq gənclər üçün “Debat bacarıqları” mövzusunda təlim təşkil edib. Ətraflı »»
Bu gün “Kaunterpart” İcma və Humanitar Yardım Proqramı Sumqayıt şəhərində yerləşən 71 saylı “Heyran” uşaq bağçasında yeni təmir olunmuş hamam və sinif otaqlarının açılışını keçirib. Ətraflı »»