31 Avqust 2014 | 15:12
Hava Bakı:
29 ˚C
Bölgələr Gəncəbasar Sumqayıt Şəki-Zaqatala Qarabağ Şimal-Şərq Ağsu-Şamaxı Cənub Tovuz-Qazax Mərkəzi Aran Mil-Muğan Naxçıvan

Ata doğma qızını vağzalın tualetinə aparıb zorladı

Qızın cəmi beş yaşı var.

Gün.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Ərzurum vilayətində baş verib.

Ata 5 yaşında olan doğma qızını dəmiryolu vağzalının tualetinə aparıb.

Daha sonra isə ona orada təcavüz edib.

Uşaq evə gələndə başına gələnləri anasına danışıb. Ana övladının danışdıqlarını dəhşət içində dinləyəndən sonra polisə müraciət edib.

31 yaşlı N.Ö.-yə prokuror 33 il həbs cəzası verilməsini tələb edib. Ona qarşı irəli sürülən iddiaları qəbul etməyən ata qaynatasının evində qalan qızına dayısının təcavüz etdiyini bildirib.

“Hakim bəy, mən öz qızımı necə zorlaya bilərəm? Mənə böhtan atırlar. Mənim üç qızım var. Onlardan ayrıyam, nə vaxtdır görə bilmirəm. Qızımı dayısı zorlayıb. Ona görə də arvadım öz qardaşını həbs riskindən xilas etmək üçün mənə iftira atıb. Onlar mənim uşaqlarımı hətta dilənməyə vadar edirlər”.

Daha əvvəl də cinsi istismar və seksual zorakılıq maddələrinə görə həbs cəzası olan N.Ö. –nün məhkəməsi araşdırmalar davam etdiyinə görə o həbsdə qalmaq şərtilə təxirə salınıb.

Gün.Az 

Share Share Share Share Share

Xəta barədə xəbər vermək

Digər Xəbərlər
Bütün xəbərlər